Qadını boğub yandıran şəxsin məhkəməsi başlayıb

Qadını boğub yandıran şəxsin məhkəməsi başlayıb
13:42 27 Yanvar 2015
91 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Mehdiabad qəsəbəsində qadını boğaraq qətlə yetirən Səbuhi Babayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
 
APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
 
Məhkəmə baxışı fevralın 3-nə təyin edilib.
 
Qeyd edək ki, qətl hadisəsi ötən ilin iyulun 26-da Abşeron rayonunun Mehdiabad qəsəbəsində baş verib. Məlahət Rəsulovanın yaşadığı evdə yanğın olub və yanğın söndürüldükdən sonra onun meyidi tapılıb.
 
Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məlahət Rəsulovanı evində boğaraq qətlə yetirmiş rayon sakini, əvvəllər məhkum olunmuş Səbuhi Babayev tutulub.
 
Araşdırmalar zamanı Məlahət Rəsulovanın boğulma yolu ilə qətlə yetirilməsi və evinin yandırılması müəyyən edilib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR