Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini 250 mindən çox insan ziyarət edib

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini 250 mindən çox insan ziyarət edib
13:43 27 Yanvar 2015
249 Ölkə
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 27 yanvar, Rauf Əliyev, AzərTAc
Fəaliyyətə başladığı gündən etibarən Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini 250 mindən çox insan ziyarət edib. Muzeydəki 4500-dən eksponatın hər biri ayrı-ayrılıqda elmi-tədqiqat mövzusudur.
Azərbaycanın müasir dövlətçilik tarixi və ümummilli liderimiz Heydər Əliyevin siyasi irsi ilə maraqlanan hər kəs Heydər Əliyev Muzeyinə üz tutur, tədqiqatçılar isə burada elmi axtarışlar üçün dəyərli məlumatlar əldə edirlər.
AzərTAc xəbər verir ki, “Muzey günləri” çərçivəsində Naxçıvan Muxtar Respublikasının müvafiq qurumlarının - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin, Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin, Televiziya və Radio Şurası və “Şərq qapısı” qəzeti redaksiyasının əməkdaşları Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində olarkən bu barədə onlara ətraflı məlumat verilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin kollektivləri isə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini ziyarət ediblər.
Tarix-Memarlıq Muzey Kompleksi barədə ziyarətçilərə geniş məlumat verilərək bildirilib ki, Naxçıvan Muxtar Respublikasının ərazisində tarixin bütün dövrlərinə aid zəngin mədəniyyət və memarlıq nümunələri yaradılıb. Bu abidələr arasında “Naxçıvanqala”nın mühüm əhəmiyyəti vardır. 2010-cu ildə qalanın bərpasına başlanılıb, tarixi ərazidə yenidənqurma işləri aparılıb, qalanın əvvəlki görkəmi özünə qaytarılıb. Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi yaradılıb.
Qədim Naxçıvan diyarının tarixi, zəngin mədəniyyəti ilə tanışlıq məqsədilə muxtar respublikada fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də digər təşkilat və qurumların əməkdaşlarının Naxçıvan şəhərindəki muzeylərə ekskursiyaları davam edir.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Naxchivan_seherindeki_Heyder_Aliyev_Muzeyini_250_minden_chox_insan_ziyaret_edib-827766

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR