Pan Gi Mun Bakıya gələcək

Pan Gi Mun Bakıya gələcək
13:52 27 Yanvar 2015
74 Digər
Ölkə mətbuatı
A- A+

BMT-nin baş katibi Pan Gi Mun 2016-cı ildə Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının Forumunda iştirak edəcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ABŞ-da səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Pan Gi Munla görüşüb və respublika Prezidenti İlham Əliyevin salamlarını ona çatdırıb.

Görüşdə Azərbaycan-BMT münasibətləri, BMT sisteminə daxil olan təşkilatlar, YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, BM ÜTT və BMT İnkişaf Proqramı (BMTİP) ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Nazir Pan Gi Muna Azərbaycanın qlobal sülh və dialoqa töhfə verən təşəbbüsləri barədə məlumat verərək onu cari ilin 18-19 may tarixində ölkəmizdə keçiriləcək 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.

Görüşdə ölkə Prezidentinin uğurlu siyasəti nəticəsində Azərbaycanın regionda həyata keçirilən bütün vacib layihələrin aparıcı ölkəsi olduğu qeyd edilib. Azərbaycanın dünya ölkələrinə mədəniyyət və dinlərin birgə yaşama ənənələrinə tarixən malik olduğunu və hazırda bu ənənələri nümunə kimi beynəlxalq səviyyədə təbliğ edir.

Pan Gi Mun Azərbaycanın bir il bundan öncə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvü kimi sülhə və əməkdaşlığa töhfə verdiyini, xüsusilə Prezident İlham Əliyevin Şuranın iclasına peşəkarlıqla sədrlik etməsinin onda xoş təəssürat yaratığını qeyd edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/321203.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR