Bir gündə 9 əsgər öldü

Bir gündə 9 əsgər öldü
14:01 27 Yanvar 2015
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Son 24 saatda ölkənin şərqində atışmalarda 9 əsgər həlak olub, 29 hərbçi yaralanıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna ordusunun sözçüsü Vladyslav Seleznyov bu gün Kiyevdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, ən ağır döyüşlər Debaltseve şəhəri yaxınlığında gedir. Bu şəhər yaraqlıların nəzarətində olan Donetskin və Luqanskın yol ayrıcında yerləşir.

Ümumiyyətlə, ötən ilin sentyabrından atəşkəs sazişindən bəri Ukraynanın şərqində atışmaların ən intensiv dövrü başlayıb. Mariupol şəhərinin raket atəşə tutulması nəticəsində 30 nəfər öldürülüb.

Xatırladaq ki, BMT ötən gün məlumat verib ki, raketlər separatçıların nəzarətində olan ərazidən dinc sakinlərə atılıb.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR