Sabunçuda avtomobil 57 yaşlı qadını vurub - FOTO

Sabunçuda avtomobil 57 yaşlı qadını vurub - FOTO
07:42 27 Dekabr 2014
129 Digər
Ölkə mətbuatı
A- A+

[ 27 Dekabr 2014 07:37 ]

Bakı. Fərahim Qasımov-APA. Sabunçuda "Mercedes" yolu keçmək istəyən qadını vurub.

APA-nın məlumatına görə, hadisə Şəhər şosesi, döngə 5-də baş verib. Şəhər istiqamətində  "Mercedes"  markalı avtomobili ilə hərəkətdə olan Rəşad Bəhrəmov yolu keçmək istəyən piyada, 57 yaşlı Zeynəb Qəhrəmanovanı vurub. Sürücü hadisədən dərhal sonra yaralını 3 saylı xəstəxanaya çatdırıb. Xəstəxanadan verilən məlumata görə, piyadanın vəziyyəti ağır olaraq qalır.

 

Sürücü Rəşad Bəhrəmov ifadəsi alınması üçün Sabunçu Rayon Polis İdarəsinə aparılıb. Faktla əlaqədar araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367456

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR