Avropa qrupu – Yunanıstan: borcların silinməsindən söhbət belə gedə bilməz

Avropa qrupu – Yunanıstan: borcların silinməsindən söhbət belə gedə bilməz
14:18 27 Yanvar 2015
148 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 27 yanvar, AzərTAc
Avropa yeni seçilmiş Yunanıstan hökumətinin sərt iqtisadi tədbirləri ləğv edəcəyi və ölkənin çox milyardlı borcunun bir hissəsinin silinməsinə nail olacağı vədləri sayəsində seçkilərdə qələbə qazanan Aleksis Tsiprasin ilk addımlarını gözləyir.
AzərTAc Euronews telekanalına istinadla xəbər verir ki, bir qədər əvvəl Radikal sol qüvvələrin koalisiyası – SİRİZA Yunanıstan və Avropa qrupu arasındakı razılaşmanın ləğv olunduğunu bildirmişdi. Yanvarın 26-da toplanan Avropa qrupu isə öz növbəsində bəzi şərtlərin dəyişdirilə biləcəyini qeyd edib: “Afina avrozonada qalmaq istəyirsə, borcların silinməsindən söhbət belə gedə bilməz”.
Qeyd edək ki, Yunanıstanın dövlət borcu ölkənin ümumi daxili məhsulunun 177 faizinə çatır. Beynəlxalq Valyuta Fondu Yunanıstan iqtisadiyyatını dəstəkləyəcəyini və yeni hökumətlə danışıqları gözlədiyini bəyan edib. Britaniyanın Baş naziri Devid Kemeron isə yüksək vergi şəffaflığı və korrupsiya ilə mübarizə sahəsində Tsipras hökuməti ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR