Ohanyandan Lavrova təhqir

Ohanyandan Lavrova təhqir
14:21 27 Yanvar 2015
159 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı girov Dilqəm Əsgərovun məsələsi Ermənistan müafiə naziri Seyran Ohanyanın Rusiya xarici işlər naziri Sergey Lavrov barədə təhqiramiz ifadə işlətməsinə səbəb olub.

ANS PRESS-in məlumatına görə, bu gün İrəvanda mətbuat konfransı keçirən Ohanyana Lavrovun Dilqəm Əsgərovla bağlı verdiyi bəyanatı barədə sual verilib. Lavrov ilin sonunda keçirdiyi mətbuat konfransında Rusiya vətəndaşı olan Dilqəm barədə “O, Ermənistan tərəfindən tutulub və buna görə bu məsələni Ermənistanla müzakirə edəcəyik” demişdi.

Ohanyan isə bu gün keçirdiyi mətbuat konfransında “Lavrov bunu qoy Dağlıq Qarabağ rəhbərliyi ilə müzakirə etsin” deyərək, Rusiya diplomatını təhqir edib və dünyanın ikinci supergücünün ikinci adamını tanınmamış, oyuncaq işğal rejiminin səviyyəsinə endirib. Diplomatik dildə bu, böyük təhqirdir.

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində doğulmuş Şahbaz Quliyev, Dilqəm Əsgərov və Həsən Həsənov doğmalarının qəbrini ziyarət etmək üçün iyunun 29-da Kəlbəcərə gediblər. İyulun ortalarında erməni silahlı qüvvələri tərəfindən aşkar edilən Şahbaz Quliyev və Dilqəm Əsgərov tutulub, Həsən Həsənov isə öldürülüb. Onların boynuna işğal edilmiş ərazilərə başqasının kəbinli arvadı Karine Davtyan ilə sevgi səyahətinə çıxarkən naməlum şəkildə öldürülmüş İrəvan sakini, hərbçi Sarkis Abramyanın qətli qoyulub. Həmçinin Kəlbəcərdə qeyri-qanuni məskunlaşdırılmış yeniyetmə Smbat Sakanyanın da müəmmalı qətlində də azərbaycanlı girovların günahkar olduğu iddia edilib. Daha sonra girovların üzərində məhkəmə məzhəkəsi qurulub. Şahbaz Qilyevə 22 il, Dilqəm Əsgərova ömürlük həbs “cəzası” kəsilib.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR