Sabunçuda 57 yaşlı qadını maşın vurdu

Sabunçuda 57 yaşlı qadını maşın vurdu
07:44 27 Dekabr 2014
139 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabunçuda "Mercedes" yolu keçmək istəyən qadını vurub.

APA-nın məlumatına görə, hadisə Şəhər şosesi, döngə 5-də baş verib. Şəhər istiqamətində  "Mercedes"  markalı avtomobili ilə hərəkətdə olan Rəşad Bəhrəmov yolu keçmək istəyən piyada, 57 yaşlı Zeynəb Qəhrəmanovanı vurub. Sürücü hadisədən dərhal sonra yaralını 3 saylı xəstəxanaya çatdırıb. Xəstəxanadan verilən məlumata görə, piyadanın vəziyyəti ağır olaraq qalır.

 

Sürücü Rəşad Bəhrəmov ifadəsi alınması üçün Sabunçu Rayon Polis İdarəsinə aparılıb. Faktla əlaqədar araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/188868

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR