Dünən "Qarabağ"da qollar vururdu, bu gün heç kimə lazım deyil

Dünən "Qarabağ"da qollar vururdu, bu gün heç kimə lazım deyil
14:22 27 Yanvar 2015
233 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ”la yollarını ayıran və "Hamburq"da baxışda olan İnnosent Emeqara Almaniya klubunun məşqçiləri tərəfindən bəyənilməyib.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə İtaliya mətbuatı xəbər yayıb.
İsveçrəli hücumçu ilə "Hamburq"la yanaşı, İtaliyanın "Palermo" və "Parma" klublarının da maraqlandığı bildirilib. Lakin o, "Hamburq"a üstünlük verərək komandanın Dubaydakı təlim-məşq toplanışına yollanıb. Bundan sonra isə adları çəkilən İtaliya klubları da futbolçudan imtina ediblər.
 
Bundesliqa təmsilçisi isə Emeqaranı baxışdan keçirdikdən sonra onu heyətində görmək istəməyib.
Hazırda klubsuz olan 25 yaşlı futbolçu yeni təklifləri gözləyir.
 
Qeyd edək ki, Nigeriya əsilli futbolçu bu mövsümün əvvəlində"Qarabağ"a transfer olunmuşdu. Ötən ilin dekabrında isə müqaviləsi başa çatan Emeqara “Qarabağ”dan ayrılıb. 2014/15 Azərbaycan Premyer Liqasında səkkiz oyunda beş qol vurub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/321205.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR