Gədəbəy şəhərinin siması gündən-günə dəyişir

Gədəbəy şəhərinin siması gündən-günə dəyişir
14:23 27 Yanvar 2015
283 Ölkə
Ölkə mətbuatı
A- A+


Gədəbəy, 27 yanvar, Sabir Əliyev, AzərTAc
Gədəbəy Rayon İcra Hakimiyyətinin Gədəbəy şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2014-cü ilin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilib.
AzərTAc xəbər verir ki, məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahbaz Bayramov hesabat ilində abadlıq və quruculuq işlərinin sürətlə davam etdirildiyini diqqətə çatdırıb. Bildirilib ki, şəhərin Heydər Əliyev prospektində başlanan yenidənqurma işləri artıq yekunlaşıb. Prospektə yeni asfalt örtüyü salınıb, istinad divarlarına aqlaydan üzlük çəkilib, müasir işıqlandırma avadanlıqları quraşdırılıb. 20 Yanvar küçəsinin hər iki tərəfinə istinad divarları çəkilib. Burada yeni ticarət mərkəzi inşa edilib. Ətrafına asfalt-beton salınaraq istifadəyə verilib. Küçədə piyada yollarına tamet düzülüb.
Qeyd edilib ki, hesabat ilində Heydər Əliyev adına parkda genişmiqyaslı tikinti-quraşdırma işləri başa çatdırılıb. Parkdakı piyada yolları əsaslı şəkildə təmir edilib, ətrafına dekorativ ağac və gül kolları əkilib. Sakinlərin istirahəti üçün əlavə oturacaqlar qoyulub. Parkda uşaqların əylənməsi məqsədilə 4 ədəd atraksion quraşdırılıb Hazırda inşasına keçən il başlanan “Çay evi”ndə son tamamlama işləri görülür. Parkda 1000 nəfər tamaşaçı tutumu olan amfiteatr istifadəyə verilib. Bu da müxtəlif tədbirlərin açıq havada keçirilməsinə imkan yaradıb.
Yığıncaqda çıxış edənlər görülən işləri yüksək qiymətləndirməklə yanaşı, cari ildə qarşıda duran vəzifələrdən də söhbət açıblar.
Sonda cari ildə qarşıda duran vəzifələrlə bağlı qərar qəbul olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gedebey_seherinin_simasi_gunden_gune_deyisir-827777

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR