x
Loading...

Cavad Zərif: “İran Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həllinə ümid edir”

14:27 27 Yanvar 2015
93 Ölkə
Ölkə mətbuatı
A- A+
.

[ 27 Yanvar 2015 14:21 ]

Bakı – APA. “İran Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında yalnız sülh yolu ilə həllinə ümid edir”.

APA-nın “armtoday.info” saytına istinadən verdiyi xəbərə görə, bunu Ermənistanda səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif həmkarı Edvard Nalbandyanla keçirdiyi birgə mətbuat konfransında deyib.  


M. C. Zərif bildirib ki, İran hər zaman bölgə ölkələri arasında sülh və dostluq münasibətlərinin qurulmasını dəstəkləyib: “Biz istəyirik ki, Qarabağ münaqişəsi sülh yolu ilə həllini tapsın və bölgə ölkələri arasında sülh, dostluq bərqərar olsun”.

E. Nalbandyan isə İranın Qarabağ məsələsində balanslaşdırılmış mövqeyini yüksək qiymətləndirdiklərini bildirib. 
 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370523

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR