“Nabat” Hindistandan mükafatla qayıtdı

“Nabat” Hindistandan mükafatla qayıtdı
14:29 27 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından kino.org.az-a daxil olan məlumata görə Mədəniyyət və Turizm nazirliyinin sifarişilə 2014-cü ildə istehsal olunan “Nabat” Bədii filmi Hindistanda keçirilən 13-cü “Pune Beynəlxalq Film Festivalı”nda münsiflər heyətinin “Xüsusi vurğulama” mükafatına layiq görülüb.

Qeyd edək ki, bir çox beynəlxalq festivallarda uğur qazanan “Nabat” filminin ssenari müəllifləri Elxan Nəbiyev, və Elçin Musaqğlu, quruluşçu rejissoru Elçin Musaoğlu, quruluşçu operataoru Əbdürrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Müşfiq Hətəmovdur. Qarabağ müharibəsindən bəhs edən ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.

 (kino.org.az)


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191606

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR