Şou-biznesin yalançı biznesmeni axtarılır

Şou-biznesin yalançı biznesmeni axtarılır
14:41 27 Yanvar 2015
125 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda dələduzluqla məşğul olan şəxs axtarılır.

ANS PRESS-in Milli.Az-a istinadən verdiyi məlumata görə, özünü şou aləmində biznesmen kimi təqdim edən Orxan Səlimzadə azı 20 nəfərdən çox insana qarşı dələduzluq edib. Müxtəlif şəxslərdən işədüzəltmə, konsert vermək və sair kimi işlərə söz verərək pul alıb və aradan çıxıb.

Axtarılan şəxs barədə məlumat verən Toğrul Abbasov bildirib ki, o, ən sonuncu dələduzluq işini Yeni il gecəsi edib. Gənc dj-lərdən birini Bakı klublarının birinə dəvət edən Orxan sonradan aradan çıxaraq dj-in pulunu verməmişdi.

Məsələ ilə bağlı şikayətçilər Nərimanov Rayon Polis İdarəsinə müraciət etsələr də onların işinə baxan olmayıb. Daha sonra zərər çəkmiş şəxslər 102 "qaynar xətti"nə müraciət ediblər. "Qaynar xət"dən ərizəyə baxılacağı və cinayətkarın tezliklə yaxalanacağı bildirilib.

Məsələ ilə bağlı ittiham olunan tərəflə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=322162

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR