"Qəbələ"dən ayrılan futbolçu Portuqaliya klubunda

"Qəbələ"dən ayrılan futbolçu Portuqaliya klubunda
14:42 27 Yanvar 2015
61 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ"dən ayrılan Yazalde Pintonun yeni klubu müəyyənləşib.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı hücumçu karyerasını vətənində davam etdirəcək.
 
27 yaşlı futbolçu mövsümün sonuna qədər icarə əsasında "Jil Visente" klubunda oynayacaq.
 
Keçidi ilə bağlı klubun rəsmi saytına danışan Pinto bunları bildirib: "Yenidən ölkəmə qayıtdığım və "Jil Visente" ilə anlaşdığım üçün şadam. Klub güclü azarkeş ordusuna malikdir. Həmçinin “Jil Visente”də çoxlu dostlarım var. Mən bura komandanın məqsədinə çatmasına kömək etmək üçün gəlmişəm. Bunun üçün də əlimdən gələni edəcəm".
 
Qeyd edək ki, Portuqaliya yüksək liqasında çıxış edən "Jil Visente" klubu geridə qalan 18 turdan sonra 10 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
 
Xatırladaq ki, karyerası ərzində "Braqa", "Rio Ave" və "Astra" klublarında forma geyinən Pinto cari mövsümün ilk yarısını "Qəbələ"də keçirib. O, 15 oyunda iştirak etsə də, fərqlənə bilməyib.

Milli.Az

 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/321212.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR