Moskvada evində silah və marixuana saxlayan azərbaycanlı tutulub

Moskvada evində silah və marixuana saxlayan azərbaycanlı tutulub
14:48 27 Yanvar 2015
109 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 27 yanvar /Trend/

Narkotik maddələrin satışında şübhəli bilinən Azərbaycan vətəndaşından onun Moskvadakı mənzilində tapança-pulemyot və marixuana aşkar edilib. Trend xəbər verir ki, bu barədə “MK” saytına Narkotiklərin Dövriyyəsinə Nəzarət üzrə Federal Xidmətin paytaxt idarəsindən məlumat verilib.

Məlumatda deyilir ki, Xidmətin əməkdaşları narkotik vasitələrin satışında şübhəli bilinən Azərbaycan vətəndaşını saxlayıblar. Saxlanılan zaman onun yaşadığı mənzildən Çexoslavakiya istehsalı olan Sa-26 tapança-pulemyotu, üç tapanca darağı və 89 giliz, revolver, 30 giliz və marixuana aşkar edilib. Hazırda onun barəsində cinayət işi açılıb və haqqında həbs qətimkan tədbiri seçilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2357620.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR