Play Store

Məşhur heykəltaraşın evi dağılır

Məşhur heykəltaraşın evi dağılır
14:57 27 Yanvar 2015
228 Sosial
Ölkə mətbuatı
A- A+

"KANAL S" (Region TV) xəbər verir ki, tarix boyu Şəkidə dünyaya öz sənətləri ilə səs salmış yazıçı, şair, bəstəkar, heykəltaraş kimi dahi şəxsiyyətlər yetişib. Bu cür dahi şəxsiyyətlərdən biri də bu gün də öz yaratdığı əsərlərlə unudulmayan Fuad Əbdürəhmanovdur. Heykəltaraşın yaratdığı əsərlər həmişə öz zənginliyi və fərqliliyi ilə seçilib. Lakin bu gün Fuad Əbdürəhmanovun dünyaya göz açdığı ev onun geriyə qoyduğu əsərlərindən fərqli olaraq dağılmaq üzrədir.

Hazırda paytaxtımızın mərkəzi küçələrində ucalan Azadlıq, Azad qadın heykəli, Nizami Gəncəvi, Məhəmməd Füzuli və digər dahi şəxsiyyətlərin heykəllərinin müəllifi olan Fuad Əbdürəhmanov 1915-ci ildə Şəkidə anadan olub. Azərbaycanın bir çox şəhərlərində abidələr ucaldan heykəltəraşın doğulduğu evi bəzən ziyarət edənlər də olur. Lakin vaxtaşırı olaraq ona məxsus əşyaların ayrı-ayrı muzeylərə aparılması zaman keçdikcə mənzildən Fuad Əbdürəhmanovun xatirələrinin silinməsi ilə nəticələnir. 

Fuad Əbdürəhmanovun ev muzeyinin yaradılmasını istəyən yaxın qohumlar isə dahi sənətkarın xatirəsinin bu yolla yaşadılması arzusundadırlar. Bunun üçün ona məxsus bəzi əşyaların geri qaytarılmasına ehtiyac var. Lakin hazırda 3 ailənin məskunlaşdığı ev dağılmaq təhlükəsi ilə üz-üzədir. Yuxarı Baş Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində yerləşən evin digər tarixi abidələr kimi qorunmağa ehtiyacı var. Qeyd edək ki, bu il Fuad Əbdürəhmanovun 100 illik yubileyi tamam olur. Hazırda qoruğun ərazisinə daxil olan digər bu kimi tarixi və qədim evlərin UNESCO-nun mədəni irs siyahısına salındıqdan sonra təmir və yenidən bərpa ediləcəyi bildirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/321220.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR