"Aşurovlar. Soyun sənədli tarixi" (FOTO)

"Aşurovlar. Soyun sənədli tarixi" (FOTO)
08:21 27 Dekabr 2014
128 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün filoloq-mətnşünas, tarixçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, professor Ədalət Tahirzadənin "Aşurovlar. Soyun sənədli tarixi" adlı yeni kitabı işıq üzü görüb.

Bu məlumatı hörmətli professor özünün Facebook səhifəsində yazıb:

"Dəyərli feysbukdaşlarım!
Bu gün yeni kitabım işıq üzü görüb ("Aşurovlar. Soyun sənədli tarixi". Bakı: "İndiqo", 2014, 288 səh.). Kitaba AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudov "Şərəfli nəsil, dəyərli əsər" adlı gözəl bir ön söz yazıb.

Aşurovlar Bakının qədim soylarındandır (ancaq Aşurbəyovlarla heç bir bağlılıqları yoxdur). Bakının ilk 1-ci gildiya tacirləri Aşurovlardan olub. Övladları çar dönəmində Almaniya və Rusiyada ali təhsil almış, Bakı Şəhər Dumasında 5 deputatla, Cümhuriyyət Parlamanında 1 deputatla və Cümhuriyyət hökumətində 1 nazirlə təmsil olunaraq dövlətçiliyimizə xidmət etmiş, Azərbaycan gəmiçiliyi tarixində önəmli yer tutmuş, erməni-müsəlman qırğınlarında soydaşlarımızın müdafiəsini təşkil etmiş... bu nəsli "şərəfli" adlandırmaqda Yaqub müəllim əsla yanılmır.

Məni bu münasibətlə təbrik edəcək feysbukdaşlarımın hamısına öncədən minnətdaram, ancaq heç kəsə cavab verə bilməyəcəyəm, çünki yeni bir kitabım üzərində çox gərgin çalışdığıma görə feysbukdan yenə çıxmağa məcburam.

Fürsətdən yararlanaraq hamınızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni təqvim ili münasibətilə ürəkdən təbrik edirəm!
Sağ olun, Allah amanında!"





Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=316586

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR