Play Store

Qubad İbadoğlunun davranışları Divanda müzakirə olunacaq

Qubad İbadoğlunun davranışları Divanda müzakirə olunacaq
15:09 27 Yanvar 2015
110 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Müsavat Partiyasının üzvü, başqanlığa sabiq namizəd Qubad İbadoğlu partiya Divanının fevralın 2-də keçiriləcək iclasına çağırılıb.


 

Q. İbadoğlu APA-ya açıqlamasında bildirib ki, Divanda onun addımlarının Nizamnaməyə uyğun olub-olmaması məsələsi müzakirəyə çıxarılacaq. O, Divanda iştirakının hələ dəqiqləşmədiyini söyləyib: “Çünki mənim əvvəlcədən həmin tarixə təyin etdiyim görüşlər var. Demokratiya və Rifah Hərəkatının təşəbbüs qrupunun formalaşdırılması üçün rayonlara səfərlərim nəzərdə tutulub. Ancaq Bakıda olsam, çox güman ki, Divanın toplantısına gedəcəyəm və öz fikirlərimi Divan üzvlərinə çatdıracağam”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191615

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR