Rusiyanin qabaqcıl təhsil ocaqlarından biri Lomonosov adına Moskva Dövlət Universiteti 260 illik yubileyini qeyd edir.
ANS TV-nin məlumatına görə, yubiley tədbirində Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Filologiya elmləri doktoru Nərgiz Paşayeva da iştirak edib. Nərgiz Paşayeva Moskva Dövlət Universitetinin Bakı filialının yaradılması və inkişafında, Rusiyanın bu qabaqcıl Ali məktəbi ilə əməkdaşlığın qurulmasındakı xidmətlərinə görə MDU-nun “Fəxri Professoru” diplomuna layiq görülüb.
O MDU-nun Bakı filialında çalışan moskvalı müəllimlərə dərin təşəkkürünü bildirib və filialın kollektivi adından Moskva Universitetini təbrik edib.
Mənbə
ANS TV