18 yaşlı gənc 3 aylıq körpəni yetim qoydu (FOTO)

18 yaşlı gənc 3 aylıq körpəni yetim qoydu (FOTO)
08:41 27 Dekabr 2014
3391 Sosial
Ölkə mətbuatı
A- A+

Gənclər arasında baş verən münaqişə qanlı sonluqla nəticələnib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə axşam saatlarında Cəlilabad rayonunun Uzuntəpə kəndinə baş verib.

Kənd sakini 18 yaşlı Fərhad Səlim oğlu Abasov həmkəndlisi və qonşusu 22 yaşlı Seymur Faiz oğlu Əliyev ilə aralarında yaranmış mübahisəni həll etmək üçün birincinin qohumlarının həyətində bir araya gəliblər.

İlk öncə mübahisə edən tərəflərdən Fərhad Abbasov sonda üzərində gəzdirdiyi bıçaqla Seymura bir neçə zərbə endirərək hadisə yerindən uzaqlaşıb.

Yaralı atası və qohumlarının səyi ilə xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. O, əməliyyat masasında dünyasını dəyişib.

Qeyd edək ki, mərhum Seymur Əliyev ailəli olub. Himayəsində bir övladı olub. 3 aylıq körpəni atasız qoyan Fərhad Abasov hadisə yerindən qaçsa da polisin əlindən qaça bilməyib.

Keçirilən əməliyyat zamanı o saxlanıb. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsi 120.1-ci, yəni qəsdən adam öldümə maddəsi ilə cinəyət işi başlanıb. İtintaq davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=316590

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR