Azərbaycanda 4 min quş yandı (VİDEO)

Azərbaycanda 4 min quş yandı (VİDEO)
15:26 27 Yanvar 2015
261 Sosial
Ölkə mətbuatı
A- A+

Şəmkirin Seyfəli kəndində baş verə yanğın bir fermeri müflis edib.

ANS TV-nin məlumatına görə, kənd sakini Faiq Ələkbərova məxsus içərisində 8 minə yaxın bir aylıq quş saxlanılan fermada güclü yanğın baş verib. Alovun qarşısını almağa çalışan sahibkar buna nail ola bilməyincə, köməyə yanğınsöndürənləri çağırıb.

Hadisə yerinə cəlb edilən 2 yanğınsöndürən avtomobil və canlı qüvvənin köməyi ilə alovun yayılmasının qarışı alınıb. Amma buna baxmayaraq fermanın tavanının 80 kvadratmetr hissəsi yanaraq yararsız hala düşüb. Sakibkara dəyən ziyan bununla da bitməyib. Belə ki, hadisə nəticəsində fermada olan 8 min quşdan təxminən yarısı tələf olub.

Yanğının baş vermə səbəbləri araşdırılır.



Mənbə
ANS TV, Ruslan Eldaroğlu



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=322193

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR