x
Loading...
.

“Rabitəbank”ın Lənkəran filialı yeni ünvanda

“Rabitəbank”ın Lənkəran filialı yeni ünvanda
15:28 27 Yanvar 2015
197 Ölkə
Ölkə mətbuatı
A- A+
.


Bakı, 27 yanvar, AzərTAc
“Rabitəbank”ın Lənkəran filialı daha rahat və geniş ofisə köçürülüb. Müasir avadanlıqlarla və yeni üslubda tərtib edilən bankın Lənkəran filialı Mir Mustafaxan 19 ünvanında yerləşir.
Bankdan AzərTAc-a bildiriblər ki, filialda müştərilərə istehlak və biznes kreditləri, əmanətlər, pul köçürmələri, kommunal, rabitə, valyuta mübadiləsi və digər bank xidmətləri göstəriləcəkdir.
Filialın açılışı münasibətilə “Rabitəbank” Lənkəran əhalisi üçün kampaniya keçirir. Fevral ayında müştərilər filialdan mikrokreditlər üzrə 0 faiz komissiya, nağd pul və lombard kreditləri üzrə 2 faiz endirim əldə edə biləcəklər.
Kampaniya fevralın 28-dək davam edəcək.
Hazırda “Rabitabank”ın 22 filialı və 2 şöbəsi fəaliyyət göstərir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rabitebankin_Lenkeran_filiali_yeni_unvanda-827792

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR