Onlar polisə silah-sursat verdilər

Onlar polisə silah-sursat verdilər
15:38 27 Yanvar 2015
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir İlkin İzzət/

Daşkəsən və Ağdam sakinləri tapdıqları silah-sursatı polisə təhvil veriblər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Daşkəsən rayonunun Quşçu kənd sakini Elxan Rüstəmov tapdığı 1 ədəd qumbaranı və 150 ədəd müxtəlif çaplı patronu, Ağdam rayonunun Yeni İmamqulubəyli kənd sakini Arzuman Qarazadə isə tapdığı 1 ədəd nömrəsiz “PSM” markalı tapançanı könüllü olaraq rayon Polis Şöbələrinə təhvil veriblər.

Hər iki faktla əlaqədar araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2357653.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR