"Kurtlar Vadisi"ndə daha bir ayrılıq (VİDEO)

"Kurtlar Vadisi"ndə daha bir ayrılıq (VİDEO)
15:41 27 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Ekranların ən uzun müddətli seriallarından olan, Azərbaycanda da böyük izləyici kütləsinə sahib olan "Kurtlar Vadisi Pusu"ya daha bir qəhrəmanı vida edir. ANS PRESS-in məlumatına görə, bu həftəki seriyada Polad Alemdarın anası Nəzifə ana serialdan ayrılacaq.
Rolu canlandıran Serpil Timur bu həftə ölərək serialı tərk edəcək.

O, ötən seriyada Quran oxuyarkən qəfildən səhhəti pisləşmişdi.

Polad Alemdar isə anasının dərmanını dəyişərək ölümünə səbəb olanı tapmaq üçün əməliyyata başlayır. O, dərmanları dəyişən professor Martinin izinə düşəcək.

Nəzifə ana serial yayıma başladığı 2003-cü ildən çəkiliş meydançalarındadır. O, "Kurtlar Vadisi"nin ən yaşlı aktyorlarından biri olub.

Qeyd edək ki, bir necə həftə öncə P.Alemdar rolunu ifa edən Necati Şaşmazın atası Ömər babada ölərək ayrılmışdı. O, namaz qılarkən səcdədə ölmüşdü.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=35&nid=322174

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR