Azərbaycan Tərcümə Mərkəzinin əməkdaşları Qahirənin Ain Şəms Universitetində olublar

Azərbaycan Tərcümə Mərkəzinin əməkdaşları Qahirənin Ain Şəms Universitetində olublar
15:43 27 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 27 yanvar, AzərTAc
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin (ATM) əməkdaşları Fərid Hüseyn və Şahin Ələsgərov Misirin Ain Şəms Universitetinin “Ədəbiyyat” fakültəsində olublar.
F.Hüseyn fakültənin dekanı Abdur-Raziq Bərakətə və müəllim heyətinə ATM-ın yaradılması və fəaliyyəti, Qarabağ həqiqətləri, Azərbaycan ədəbiyyatı və mədəniyyəti barədə geniş məlumat verib.
Fərid Hüseyn AzərTAc-a bildirib ki, fakültənin dekanı Abdur-Raziq Bərakət Misirdə Azərbaycan ədəbiyyatına və mədəniyyətinə xüsusi diqqət olduğunu vurğulayıb: “Biz çox şadıq ki, Azərbaycan Tərcümə Mərkəzi 46-cı Beynəlxalq Qahirə kitab sərgisində iştirak edir. Sərgidən sonra kitablarınızı bizim fakültənin kitabxanasına bağışlayacağınız xəbəri bizim üçün olduqca sevindiricidir. Universitetimizdə azərbaycanlı tələbələr çoxdur. İstərdik ki, Azərbaycan dilindən ərəb dilinə və ərəb dilindən Azərbaycan dilinə tərcümə ediləcək kitabların mütəxəssislər tərəfindən yoxlanılması və redaktəsini ən yüksək səviyyədə həyata keçirək. Bizim fakültəmizin istedadlı məzunları bu gün Misir ədəbi mühitində ən önəmli imzalardan sayılır. İstərdik ki, ədəbi-mədəni mübadilələrimiz genişlənsin və azərbaycanlı ədiblərin əsərləri tələbələrimizə və ədəbiyyatsevərlərə layiqli şəkildə təqdim olunsun”,- deyə Abdur-Raziq Bərakət söyləyib.
Daha sonra ATM-ın əməkdaşları universitetin tələbə və müəllim heyəti ilə görüşüb, bu ali təhsil ocağının kitabxanası ilə tanış olublar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Tercume_Merkezinin_emekdaslari_Qahirenin_Ain_Sems_Universitetinde_olublar-827796

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR