Dalğıclıq edib, xizək sürən azərbaycanlı aktrisa

15:46 27 Yanvar 2015
163 Şou
Ölkə mətbuatı
A- A+

Aktrisa Ülviyyə Əliyeva komplekssiz insan olduğunu deyib.

Axşam.az-a açıqlama verən aktrisa hətta dalğıclıq etdiyini, xizək sürdüyünü də söyləyib:

“Əgər lazım gələrsə, avtobusa minib harasa gedərəm. Mənim kompleksim yoxdur. Hətta bir dəfə dağın başından aşağıya doğru xizək də sürmüşəm. Bütün çılğın, ekstrim hərəkətləri sevirəm.Evimin bazarlığını özüm edirəm. Başqaları kimi yalandan demirəm ki, yemək bişirə bilmirəm. Mən lazım gələndə yemək də hazırlayıram, pəncərə də silirəm. Evdə qardaşın, atan varsa, mütləq bunları etməlisən. Qurmanam, dadlı xörəklər hazırlayıram. Nə gəldi yemirəm. Xörəklərin ən dadlısını xoşlayıram. Düşünürəm ki, qadın evinin həm xanımı, həm də qulluqçusudur”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25628

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR