x
Loading...
.

"Separatçıların 6 təyyarəsi, 4 helikopteri və 4 "Smerç" qurğusu məhv edildi"

"Separatçıların 6 təyyarəsi, 4 helikopteri və 4 "Smerç" qurğusu məhv edildi"
15:47 27 Yanvar 2015
83 Dünya
Ölkə mətbuatı
A- A+
.

Ukrayna Müdafiə Nazirliyi son günlər ərzində Donbass regionundakı separatçıların 6 təyyarəsinin, 4 helikopterinin və 4 “Smerç” reaktiv atəş sisteminin məhv edildiyini açıqlayıb.

APA-nın “112.ua” saytına istinadən verdiyi xəbərə görə, nazirlik separatçı qüvvələrə məxsus 2 ədəd “AN-2” yüngül çoxməqsədli təyyarənin, 2 ədəd “YAK-50” təlim-məşq təyyarəsinin, 1 ədəd “YAK-52” idman-məşq təyyarəsinin və 1 ədəd “L-39” hərbi təlim təyyarəsinin, həmçinin 4 ədəd “Mi-24” döyüş helikopterinin məhv edildiyini bildirib. Bu uçuş texnikasının hamısı yerdə olarkən sıradan çıxarılıb.

Bundan başqa, düşmənin 4 ədəd “Smerç” reaktiv atəş sistemi, 12 ədəd “Qrad” reaktiv atəş sistemi, 4 tankı, 9 zirehli maşını və 18 ədəd avtomobil texnikası da yararsız hala salınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/321246.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR