Play Store

Mer: Akkodakı yeni mərkəz Azərbaycan-İsrail əlaqələrini möhkəmləndirəcək

Mer: Akkodakı yeni mərkəz Azərbaycan-İsrail əlaqələrini möhkəmləndirəcək
15:48 27 Yanvar 2015
118 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir Anaxanım Hidayətova/

İsrailin Akko şəhərində Heydər Əliyev Mərkəzi tikiləcək.Trend xəbər verir ki, bu barədə jurnalistlərə şəhərin meri, mərkəzin tikintisi layihəsinin təşəbbüskarı Şimon Lankri bildirib.

Onun sözlərinə görə, mərkəz bu şəhərdə yaşayan azərbaycanlıları birləşdirəcək və onun fəaliyyəti Azərbaycan və İsrail arasındakı əlaqələrin möhkəmləndirilməsinə yönəldiləcək.

Mer mərkəzin tikintisi üçün 1,5 milyon dollar həcmində vəsaitin ayrıldığını deyib.

Ş.Lankrinin sözlərinə görə, mərkəzin birinci mərtəbəsinin tikintisi bu ilin iyununda başa çatacaq. Bundan sonra mərkəz fəaliyyət göstərməyə başlayacaq və bununla yanaşı, binanın ikinci mərtəbəsinin tikintisi davam etdiriləcək.

Mer qeyd edib: "Akkonun əhalisinin 20 faizini Azərbaycandan gələnlər təşkil edir. Biz bu mərkəzi onların Azərbaycan mədəniyyəti və tarixi haqqında daha çox şey öyrənməsi üçün inşa edirik".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2357587.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR