Girovlar azadlığa qovuşdular

Girovlar azadlığa qovuşdular
09:06 27 Dekabr 2014
129 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın Donetsk vilayətində hökumət qüvvələri ilə ruspərəst üsyançılar arasında girov mübadiləsi baş tutub.

ANS PRESS-in məlumatına görə, ölkənin təhlükəsizlik xidməti əməliyyat zamanı 146 ukraynalı hərbiçinin sərbəst buraxılması barədə məlumat yayıb.

Qarşı tərəfdən isə, 222 nəfər sərbəst buraxılıb. Ukrayna rəsmiləri daha 4 nəfərin isə, bu gün azadlığa qovuşacağını deyib.

Girovların dəyişdirilməsi əməliyyatı Konstantinovki şəhəri yaxınlığında keçirilib.

Bir qədər əvvəl Belarusun paytaxtı Minskdə tərəflər girovların buraxılmasına dair razılığa gəlmişdilər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=316592

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR