Bakıda avtobus ölümə səbəb oldu

Bakıda avtobus ölümə səbəb oldu
15:51 27 Yanvar 2015
125 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda sərnişin avtobusu ölümə səbəb oldu. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Sabunçu rayonunun B.Bünyadzadə küçəsində baş verib.

Belə ki, ötən gün adıçəkilən küçədə müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Pəri Mahmudova vurulub. Nəticədə piyada hadisə yerində ölüb.

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni “Daewoo” markalı avtobusun törətdiyi bəlli olub. Nəqliyyat vasitəsinin sürücüsü Bakı şəhər sakini Rafael Tağızadə tutulub.

Araşdırmalar aparılır.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=322173

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR