x
Loading...

Fond sədri pensiya artımından danışdı

16:05 27 Yanvar 2015
273 Sosial
Ölkə mətbuatı
A- A+
.

Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilmə artımı avtomatlaşmış qaydada icra olunacaq. Dövlət Sosial Müdafiə Fondundan (DSMF) Milli.Az-a daxil olan məlumat görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" 26 yanvar 2015-ci il tarixli sərəncamına əsasən, Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2014-cü il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq, 2015-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdiriləcəkdir. DSMF sədri Elman Mehdiyev bildirib ki, Azərbaycanda 2006-cı il yanvarın 1-dən tətbiq edilən sığorta-pensiya sistemi əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsini nəzərdə tutur ki, bu da bazar iqtisadiyyatı mühitində vətəndaşların pensiya təminatı hüququnun etibarlı müdafiəsini ifadə edir.

Bununla da ölkəmizdə ilk dəfə olaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə, yəni inflyasiyaya uyğun indeksləşdirmə aparılmağa başlanıb. 2007-ci ildən başlayaraq Azərbaycan Prezidenti tərəfindən əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı 9 sərəncam verilib. 2014-ci ildə Azərbaycan dövlətinin həyata keçirdiyi düşünülmüş iqtisadi siyasət nəticəsində inflyasiyanın aşağı səviyyədə saxlanılması təmin olunub, bununla belə istehlak qiymətlərinin 1,4 faizlik indeksi qeydə alınıb.

Sərəncama əsasən, sığortaolunanlar üzrə ödənən və onların fərdi hesablarında qeydə alınan pensiya kapitallarının da indeksləşdirilməsi aparılacaq. Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi üçün hər ay təqribən 1 milyon manat, il ərzində isə 12 milyon manat əlavə vəsait tələb olunacaq və bu vəsaitlər DSMF-nin büdcəsində öz əksini tapıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/321269.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR