Facebook-dan rəsmi açıqlama

Facebook-dan rəsmi açıqlama
16:11 27 Yanvar 2015
185 Dünya
Ölkə mətbuatı
A- A+

Facebook bu gün sistemdə yaranmış pöroblemlə bağlı məlumat yayıb.

ANS PRESS-in məlumatına görə, məlumatda problemin haker hücumu nəticəsində yaranmadığı bildirilir.

Problemlərin servisə edilən dəyişiklikdən sonra yarandığı bildilir. "Giriş məhdudiyyəti biz sistemə dəyişiklik etdikdən sonra yarandı. Bunun haker hücumuna heç bir aidiyyəti yoxdur. Hazırda həm Facebook, həm də İnstagram hər kəs üçün əlçatandır", - deyə Facebook rəsmiləri bildirib.

Qeyd edək ki, bu gün İŞİD hakerləri Facebook və İnstagram-da yaranan problemə görə məsuliyyəti öz üzərinə götürmüşdü.

"CyberCaliphate" haker qrupu bundan əvvəl Twitter-in CENTCOM mikrobloquna haker hücumu etmişdi.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=322202

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR