Putinin yeni doktrinası

Putinin yeni doktrinası
09:46 27 Dekabr 2014
132 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya hərbi doktrinasının yeni versiyasını qəbul edib və NATO ilə ABŞ ölkənin milli təhlükəsizliyinə təhlükə yaratdıqları göstərilib.

ANS PRESS-in məlumatına görə, prezident Vladimir Putin yeni doktrinanı cümə günü qəbul edib. Doktrinanın mahiyyəti köhnə versiyalardan fərqlənmir. Əlavə olunan yeni hissələrdə Rusiyanın NATO-nun genişləndiyi, ordusunu gücləndirdiyi və Rusiyanın dediyi kimi “beynəlxalq hüquqa zidd olan qlobal funskiayaları həyata keçirdiyi” bildirilib.

NATO-nun mətbuat katibi deyib ki, hərbi təşkilat doktrinaya reaksiya vermədən öncə detallarını bilməlidir.

Yeni doktrinada hərbi təhlükələrə yeni “strateji antibalistik raket sistemləri” sadalanıb. Rusiya höküməti bunun qlobal sabitliyyə və nüvə raketinin güc balansına xələl gətirdiyini bilidirib. ABŞ və onun müttəfiqləri son illərdə Moskvanın etirazlarına baxmayaraq anti-raket sistemlərini gücləndirir.

Sənəddə Rusiya ilə sərhəd və ya onun müttəfiqi olan ölkələrdə xarici qoşunların yerləşdirilməsi təhlükəsi olduğu vurğulanıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR