Mərkəzi Bankın işçisi həmkarlarını güllələdi

Mərkəzi Bankın işçisi həmkarlarını güllələdi
16:21 27 Yanvar 2015
94 Sosial
Ölkə mətbuatı
A- A+

Rusiyanın Amur vilayətinin Mərəkəzi Bankının keçmiş rəis müavini Vladimir Levkin işdən çıxarıldığına görə həmkarlarından intiqam alıb.

ANS PRESS-in məlumatına görə, onun öldürdüyü iş yoldaşları Tatyana Rahilova, Svetlana Fedotova və Valeri Smaqin ixtisarla bağlı keçirilən səsvermədə onun işdən çıxarılmasına səsveriblər.

Hadisə Amur vilayətinin mərkəzi Blaqoveşenskdə Mərkəzi Bankın ofisində baş verib. Vladimir Levkin öz keçmiş həmkarlarına ov tüfəngi “Sayqa”dan atəş açıb.

Hadisə ilə bağlı iki və daha artıq adamın öldürülməsi maddəsi altında cinayət işi açılıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=322206

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR