Şeyxdən Mehriban Əliyevaya nəvə arzusu

09:56 27 Dekabr 2014
87 Sosial
Ölkə mətbuatı
A- A+

"BMT-nin 50 illiyi idi, Nyu-Yorkdan geri qayıdırdıq. Əlimdə “Quran” var idi, “Quran” oxuyurdum. Rəhmətlik Heydər Əliyev həzrətləri mənə dedi ki, “Quran”dan bir az oxu və mənə tərcümə et ki, orada nə deyilir". ANS PRESS-in məlumatına görə, bunu ötən gün Bakıda inşa edilən Heydər Məscidinin açılışında Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

"Orada bir ayə var ki, Allah-Taala buyurur: “Bəzi müşriklər, istəməyənlər, həqiqəti, haqqı dananlar, istəyirlər ki, Allahın yandırdığı çırağı söndürsünlər. Üfürməklə söndürmək istəyirlər. Deyir, mən yandırmışam o çırağı, sən onu üfürməklə söndürə bilməzsən”. Sonradan dedi ki, bu, mənə çox təsir etdi".

QMİ sədri qeyd edib ki, həqiqətən də bir çox adamlar bəlkə də ola bilsin xarici ölkələri görməyiblər deyə, Azərbaycana qiymət verə bilmirlər. Azərbaycan bu gün həqiqətən də cənnətdir.

"Baxın, bütün müsəlman dövlətləri bir-birinə qarışıb, vuruşur, məzhəb ayrı-seçkiliyi mövcuddur. Bu gün heç yerdə rast gəlməzsən ki, buradakı kimi yəhudi, xristian, katolik - bütün din xadimləri bir yerə, bir məscidə gəlib çıxış etsinlər. Bu, yalnız Azərbaycandadır. Çünki bu bünövrəni qoyan Heydər Əliyev həzrətləri olub. Heydər Əliyev həzrətləri bizi tolerantlığa, qardaşlığa, dinlər arasında dialoqa və bir-birinə hörmətə çağırırdı və bunu bizə öyrətdi. Bu siyasət bu gün də davam edir".

O, bir qardaş kimi Heydər Əliyev həzrətlərini və Zərifə xanımı xatırlamadığı gün olmadığını da qeyd edib. A.Paşazadə hər gecə yatmazdan əvvəl anası, atasını yada salırsa, Heydər Əliyevi də, Zərifə xanımı da yada salır. Allah onlara rəhmət etsin!

"Bu dövrlər duaların müstəcəb olan vaxtıdır. Mən arzu edirəm ki, - keçən səfər də dedim, sizin gözəl nəvələriniz var və onları çox istəyirsiniz, - Mehriban xanım, Allah-Taala inşallah, sizə oğul nəvəsi də nəsib etsin".

Azərbaycanın ən böyük məsccidinin açılışnda iştirak edən Şeyx ürəyinin dolu olduğunu deyib, onları qəlbən, ruhən onu dualarla çatdıracağını deyib. "İnşallah mən həmişə Sizə dua edəcəyəm. Bu gün Heydər Əliyevin, Zərifə xanımın ruhu buradadır, bizi eşidirlər. Çünki ruhlar heç vaxt ölmürlər, onlar yaşayırlar".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR