ABŞ-ın vitse-prezidenti: neftin aşağı qiymətləri daha bir neçə il davam edəcək

ABŞ-ın vitse-prezidenti: neftin aşağı qiymətləri daha bir neçə il davam edəcək
16:23 27 Yanvar 2015
182 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 27 yanvar, AzərTAc
Neftin dünya bazarındakı ucuz qiymətləri daha bir neçə il davam edəcək. Bu fikri ABŞ-ın vitse-prezidenti Cozef Bayden Karib hövzəsi ölkələrinin enerji problemlərinə dair Vaşinqtonda keçirilən konfransda səsləndirib.
AzərTAc TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hazırda neftin barrelinin qiymətinin 50 dollardan da aşağıda qərarlaşdığını deyən Cozef Bayden qiymətlərin daha bir neçə il ərzində də nisbətən aşağı həddə qalacağını qeyd edib.
Karib hövzəsinin əsas ölkələrinin dəvət olunduğu Ağ evdəki müzakirələr əsasən onların Venesuela neftindən asılılığının azaldılması məqsədi ilə təşkil olunub. Vaşinqton Venesuelanın hazırkı hökumətini aqressiv sayır və onun Latın Amerikasındakı nüfuzunu aşağı salmağa çalışır.
Konfransda çıxış edən Bayden hər hansı ölkənin qonşularına təzyiq göstərmək üçün neftdən istifadə etməsini düzgün saymadığını vurğulayıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ABS_in_vitse_prezidenti_neftin_asagi_qiymetleri_daha_bir_neche_il_davam_edecek-827808

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR