Türk serialında qəfil dəyişiklik

Türk serialında qəfil dəyişiklik
16:27 27 Yanvar 2015
126 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin gənc və populyar aktyorları arasında yer alan Hazal Kaya ilə Aras Bulut İynemlinin "Maral" teleserialında alacaqları qonorarlara dəyişikliklər olunub.
 
Milli.Az Akşam-a istinadən bildirir ki, "Öyle Bir Geçer Zaman ki" və "Muhteşem Yüzyıl" seriallarındakı rollarından sonra məşhurlaşan Aras Bulut İynemli "Maral"ın hər seriyasına görə 50 min lirə alacaq.
 
Bununla da, "Muhteşem Yüzyıl"da aldığı məbləğlə müqayisədə qonorarı 2 dəfə artıb.
 
Hazal Kaya isə "Adını Feriha Koydum" teleserialından sonrakı rollarında uğurlu ola bilmədiyi üçün "Maral"da hər seriya üçün 30 min lirə ilə kifayətlənməli olacaq.
 
Teleserialı çəkən studiya aktyorlarla 26 seriyalıq anlaşma imzalayıb.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/seriallar/321273.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR