İŞİD yaraqlıları Tripolinin mərkəzindəki otellərdən birində insanları girov götürüblər

İŞİD yaraqlıları Tripolinin mərkəzindəki otellərdən birində insanları girov götürüblər
16:28 27 Yanvar 2015
187 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 27 yanvar, AzərTAc
İŞİD yaraqlıları Tripolinin mərkəzindəki otellərdən birini zəbt edərək insanları girov götürüblər.
AzərTAc Vesti.ru saytına istinadla xəbər verir ki, bir qədər əvvəl Liviyanın paytaxtındakı diplomatik məhəllədə partlayış törədilib. Partlayış nəticəsində azı üç nəfər həlak olub. Bundan sonra mehmanxanaya soxulan yaraqlılar oradakı insanları girov götürüblər. Girovların sayı barədə hələlik ki məlumat verilmir.
Hadisə üçün məsuliyyəti İŞİD qruplaşmasının öz üzərinə götürdüyü bildirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ISID_yaraqlilari_Tripolinin_merkezindeki_otellerden_birinde_insanlari_girov_goturubler-827810

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR