Ara qarışdı, 13 cinayətkar qaçdı

Ara qarışdı, 13 cinayətkar qaçdı
16:41 27 Yanvar 2015
182 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynada baş verən qarşıdurmalar həbsxanalara da təsir edib. ANS PRESS-in məlumatına görə, atışmalar zamanı Luqansk vilayətinin Çenuxa qəsəbəsindəki ciddi rejimli kolonyadan 13 təhlükəli məhbus qaça bilib.

Onlar 4-12 il arası azadlıqdan məhrum edilənlər olub. Qaçan məhbusların arasında olan 2 nəfər qətldə, 7-i isə soyğunçuluqda ittiham edilirdi.

"İnterfaks"ın məlumatına görə, bu atışma zamanı məhbusların qaçması ilə bağlı ilk hal deyil. Ancaq 2014-cü ilin sonlarında 3 anoloji hadisə qeydə alınıb.

Onlardan ancaq iki nəfəri saxlamaq mümkün olub.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=322208

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR