Lüks otelə bombalı basqın

Lüks otelə bombalı basqın
16:46 27 Yanvar 2015
168 Dünya
Ölkə mətbuatı
A- A+

Liviyada turistlərin qaldığı lüks otelə bombalı basqın olub. ANS PRESS-in məlumatına görə, hadisə paytaxt Tripolidə qeydə alınıb.

Əvvəlcə bomba yüklü bir maşın otelin qarşısında partladılıb. Daha sonra isə əli silahlı şəxslər otelə daxil olublar. Onlar çox sayda insanə girov götürüblər, 3 təhlükəsizlik xidməti əməkdaşını isə öldürüblər.

Hələlik ölü sayı dəqiq bəlli deyil.

"Reuters"in məlumatına görə, otel əməkdaşları orada əsasən ingilis, italyan və türklərin qaldığını deyiblər.

Girovların hansı ölkədən olduğu hələlik bəlli deyil. Xoşbəxtlikdən basqın zamanı otelin yarısı boş olub.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=322207

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR