Erməni ailə narkotik satırmış, Permyakov isə onların müştərisi olub - İDDİA

Erməni ailə narkotik satırmış, Permyakov isə onların müştərisi olub - İDDİA
16:49 27 Yanvar 2015
214 Dünya
Ölkə mətbuatı
A- A+

Gümrüdə 7 erməninin Rusiya hərbçisi Valeri Permyakov tərəfindən qətlə yetirilməsi ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.  “Vesti.az” saytının məlumatına görə, Ermənistanın "Aravot.am" nəşrinin əməkdaşları hadisənin baş verdiyi məhəllədə olub və jurnalist araşdırması aparıblar. Avetisyanların yaşadığı küçənin sakinləri bildirib ki, 7 nəfəri öldürən rus hərbçisi Gümrünün xəritəsini mükəmməl bilib, xüsusilə qətli törətdiyi küçəni ovcunun içi kimi tanıyıb. Bunu sübut edən faktlardan biri odur ki, hadisə yerinin yaxınlığında "Karo" mağazası fəaliyyət göstərir və həmin mağazada 24 saat çəkiliş aparan təhlükəsizlik kameraları quraşdırılıb. Lakin kamera görüntülərində Permyakovun həmin küçədən keçməsi barədə kadrlara rast gəlinməyib. Ehtimallara görə, rus hərbçi mağazada kamera quraşdırılmasından xəbərdar olub, bu səbəbə görə, mağazaya çatanda sola dönərək arxa məhəlləyə keçib və yalnız o bölgəni yaxşı tanıyan insanların bildiyi gizli döngələrlə Avetisyanların evinə gedib. Onun cinayət törətdikdən sonra da kameraya düşməmək üçün həmin yolla geri qayıtdığı güman olunur. Maraqlıdır ki, cinayətdən sonra əraziyə gətirilən itlər Permyakovun izini məhz mağazanın yanında itiriblər. Bu səbəbdən belə bir ehtimal var ki, ya Permyakovu mağazanın yanında kimsə gözləyib, ya da o, sadəcə taksiyə oturaraq aradan çıxıb. Bu nüanslar rus hərbçinin Avetisyanların evinə təsadüfən gəlmədiyini, əksinə o evə yaxşı bələd olduğunu göstərir.

 

Həm Ermənistan, həm Rusiya tərəfi hadisə ilə bağlı daha bir məqam məqamın üstündən sükutla keçməkdədir. Yerli sakinlərin dediyinə görə, Avetisyan ailəsi narkotik ticarəti ilə məşğul olub. Ümumiyyətlə, Ermənistanda baş alıb gedən işsizlik insanları qanunsuz yollarla qazanc əldə etməyə məcbur edir. Qətlə yetirilən ailənin "müştəri"si isə yalnız Valeri Permyakov olmayıb. Ehtimallara görə, rus hərbçisi ya şəxsi istifadə üçün narkotik almaq məqsədilə Avetisyanların evinə gəlib, ya da bura həmin məqsədlə kimlər tərəfindənsə göndərilib. Qonşular bildirir ki, "su içmək" ifadəsi yerli jarqonda "narkotik almaq" anlamı daşıyır və bu ifadə  narkotacirlər ilə alıcılar arasında parol kimi istifadə olunur. Xatırladaq ki, Permyakov həbs olunan gün istintaqa verdiyi ilkin ifadədə Avetisyanların qapısını döyüb su içmək istədiyini demişdi. Lakin nədənsə Ermənistan mətbuatı hər küçədə, o cümlədən qətlin törədildiyi Myasnikyan küçəsində bir neçə su kranı və bulağın olması faktının üzərindən sükutla keçir, küçədə su içmək imkanı olduğu halda Permyakovun niyə Avetisyanların evinə su içmək üçün girdiyini açıqlamır. Bu paradoks rus hərbçinin Avetisyanlar ailəsi ilə əvvəldən tanış olduğu və evə başqa məqsədlə gəldiyi ehtimalını artırır. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191634

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR