x
Loading...

Gəncədəki internat tipli tədris ocaqları öz fəaliyyət istiqamətlərini dəyişiblər

Gəncədəki internat tipli tədris ocaqları öz fəaliyyət istiqamətlərini dəyişiblər
16:57 27 Yanvar 2015
436 Sosial
Ölkə mətbuatı
A- A+
.

Bu gün Gəncədə internat tipli 3 tədris ocağı fəaliyyət göstərir. Sovetlər dönəmindən fərqli olaraq indi internat məktəbləri öz fəaliyyətlərini tam başqa istiqamətdə qurub.
Ümumilikdə internat tipli məktəblər dedikdə bu tədris müəssisələrində çətin tərbiyə olunan, eləcə də hər iki valideynini itirən və ya hər hansı valideynlərindən birini itirən, həmçinin aztəminatlı ailələrin övladları ağıla gəlib. Lakin zaman keçdikcə bu tip tədris müəssisələrinə baxış dəyişib və bu tip müəssisələrin fəaliyyət istiqamətləri də artıq tam fərqlidir.

Kəpəz TV (Region TV) xəbər verir ki, indi Gəncədə fəaliyyət göstərən internat tipli gimnaziyalar futbol, ingilis dili və sanatoriya təmayüllüdür. Ümumilikdə, bu üç tədris müəssisəsində təxminən 1500 şagird oxuyur. Son 5 ildə bu tədris müəssisələrinə maraq da artıb. Gimnaziya kimi fəaliyyət buna təsir etsə də, digər tərəfdən hələ də bu tip müəssisələrdə aztəminatlı ailələrin övladlarının sayı çoxluq təşkil edir.

Rövşən Əbilov
, Futbol təmayüllü internat gimnaziyasının direktoru: “İmtiyazı aşağı olan ailələr müraciət edir. Nəzərinizə çatdırım ki, 60-70 % imtiyazı aşağı olan şagirdlərdir. Hansı ki, bu şagirdlərin ailələrində müəyyən problemlər vardır. Yəni psixoloji cəhətdən ailələrində müəyyən problemlər yaranıbdır”.

İnternat tipli xarici dillər və sanatoriya təmayüllü gimnaziyalarda da müxtəlif kateqoriyadan olan uşaqların təlim-tərbiyəsi aparılır. Tədris müəssisələrində tək Gəncədən deyil, ətraf rayonlardan olan uşaqlar da təhsil alır. Onlar üçün yataqxana da yaradılıb.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/321282.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR