BDU-da EONANO TEMPUS layihəsinin birinci mərhələsi başa çatıb

16:58 27 Yanvar 2015
104 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 27 yanvar, AzərTAc 
İtaliyanın Sapienza Roma Universitetinin koordinatorluğu ilə Bakı Dövlət Universitetində (BDU) həyata keçirilən EONANO TEMPUS layihəsinin birinci mərhələsi başa çatıb.
BDU-dan AzərTAc-a bildiriblər ki, layihədə iştirak edən universitetlərin professor və müəllimləri tərəfindən bu mərhələdə ECONANO tələbələrinə üç ay müddətində altı moduldan ibarət doqquz fənndən mühazirələr oxunub, praktiki məşğələlər və laboratoriya dərsləri keçirilib.
Sapienza Roma Universitetinin professoru Luka Di Palma tələbələrdən imtahan götürüb. İmtahanı müvəffəqiyyətlə verən tələbələrdən doqquzu Sapienza Roma Universitetində, iki nəfər Yunanıstanın Patras Universitetində və bir nəfər isə Fransanın Paris 13 Universitetində üç ay müddətində oxumaq üçün seçilib.
Tələbələrin təhsili ECONANO layihəsinin maliyə dəstəyi ilə reallaşdırılacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/BDU_da_EONANO_TEMPUS_layihesinin_birinci_merhelesi_basa_chatib-827820

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR