Nəvələri Heydər Əliyevin məzarında (FOTO)

10:21 27 Dekabr 2014
281 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gün Bakıda Heydər məscidinin açılışında iştirak edən prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Fəxri Xiyabanda da olublar.

Dövlət başçısı ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərək üzərinə gül dəstəsi qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri anıldı.

Anım mərasimində dövlət başçısının qızları Leyla, Arzu Əliyevalar, oğlu Heydər ƏLiyev və kürəkəni Səməd Qurbanov da iştirak edib.

Xatırladaq ki, Heydər məscidi dövlət başçısının tapşırığı ilə inşa olunub. Yeni məscid 12 min kvadratmetr sahədə salınıb. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib, ornamentlərin zənginliyi fasadda xüsusi arxitektura harmoniyası yaradıb. Burada 95 metr hündürlüyündə 4 minarə inşa olunub.










RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR