Play Store

Almaniyanın “TAUBER” şirkəti Azərbaycanda yol tikintisində iştirak edir

Almaniyanın “TAUBER” şirkəti Azərbaycanda yol tikintisində iştirak edir
17:08 27 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 27 yanvar, AzərTAc 
Almaniyanın “TAUBER” şirkəti artıq bir neçə ildir ki, Azərbaycanda yol tikintisi ilə bağlı layihələrdə iştirak edir.
Bunu AzərTAc-a Bakıda “Yol infrastrukturu, tikintisi və yenidən qurulmasında yeni texnologiyaların və innovasiyaların tətbiqi” mövzusunda keçirilən konfransda iştirak edən şirkətin nümayəndəsi Maks Brokşmidt bildirib.
Almaniyalı mütəxəssis, təmsilçisi olduğu qurumun Azərbaycanın tanınmış şirkətləri - “Azəryolservis” ASC, “Akkord”, “Gilan Holdinq”, “Azərsu” ASC , “Paşa İnşaat”la əməkdaşlıq etdiyini söyləyib. “Biz onların yol tikintisi ilə bağlı layihələrinin icrasında iştirak edirik, həmçinin Azərbaycana xaricdən yüksək texnologiyalı avadanlıqlar gətiririk. İşləri vaxtında və keyfiyyətlə görmək “TAUBER” şirkətinin əsas prinsiplərindən biridir”,- deyib M.Brokşmidt.
Hazırda “Paşa İnşaat”la bir layihə üzərində çalışdıqlarını söyləyən müsahibimin sözlərinə görə, Azərbaycanda inşaat sahəsində çalışan xarici şirkətlərin çoxluğu ciddi rəqabət yaradır və bu şəraitdə işləmək üçün şirkətin əməkdaşları bütün imkanlardan istifadə edirlər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Almaniyanin_TAUBER_sirketi_Azerbaycanda_yol_tikintisinde_istirak_edir-827823

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR