Cəzaçəkmə müəssisəsinə narkotik vasitə və mobil telefon keçirilməsinin qarşısı alınıb

17:37 27 Yanvar 2015
93 Digər
Ölkə mətbuatı
A- A+

[ 27 Yanvar 2015 17:33 ]


Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyinin Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsinə narkotik vasitə və mobil telefon keçirilməsinin qarşısı alınıb.

 

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, orada cəza çəkən, Cinayət Məcəlləsinin 221.1,29, 120.2.2 və 66.3 maddələrinə əsasən 7 il 9 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Emil Firdovsi oğlu Əlizadənin yanına qısamüddətli görüşə gəlmiş dostu Etibar Seyran oğlu Bədəlovun və qardaşı Tunar Firdovsi oğlu Əlizadənin üzərinə baxış keçirilib. Bu zaman E.Bədəlovun hər iki corabında gizlədilmiş, 2 ədəd bükülüdə xalis çəkisi 5,584 qram olan narkotik vasitə - tiryək və xalis çəkisi 11,4 qram olan narkotik vasitə - həşiş qətranı, T.Əlizadənin hər iki corabında gizlədilmiş, 1 ədəd “Nokia”, 1 ədəd “Kenxinda” markalı mobil telefon aparatı və 1 ədəd qulaqcıq aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370563

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR