Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah bu ərazilərdə qaz olmayacaq
17:41 27 Yanvar 2015
345 Sosial
Ölkə mətbuatı
A- A+

Bəzi yaşayış məntəqələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Dövlət Neft Şirkətindən ANS PRESS-ə verilən məlumata görə, yanvarın 28-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Alatava'' və ''Yaşma-Siyəzən'' magistral qaz kəməri üzərində yerləşən bəzi ölçü qovşaqlarında, Ağdaş Magistral qaz kəmərləri sahəsinin “Zaqatala'', Qazax Magistral qaz kəmərləri sahəsinin “Şıxlı”, o cümlədən, Hacıqabul Magistral qaz kəmərləri sahəsinin “Ələt” və “Qubaxəlil” Qazpaylama stansiyalarında təmir işləri aparılacaq.

Təmir müddətində Qazax rayonunun Şıxlı, İsmayıllı rayonun Qubaxəlilli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Bakı şəhərinin Nəsimi və Yasamal, Zaqatala rayonunun, eləcə də Abşeron rayonundakı bəzi qəsəbələrin qaz təchizatına təsir göstərməsi də mümkündür.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=113&nid=322222

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR