x
Loading...

Qarabağlarda "Qarabağda Qarabağ günləri" olacaq

Qarabağlarda "Qarabağda Qarabağ günləri" olacaq
17:43 27 Yanvar 2015
293 Sosial
Ölkə mətbuatı
A- A+
.

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir İlkin İzzət/

Türkiyənin üçüncü ən böyük şəhərində Azərbaycan mədəniyyətinin təbliği məsələləri müzakirə edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyinin sədri və İdarə Heyətinin üzvləri Qarabağlar bələdiyyəsinin sədri Muhittin Selvitopu ilə görüşüb. Görüşdə Azərbaycan mədəniyyətinin Türkiyədə tanıdılması məqsədilə birgə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyinin Cəvahir Əhmədova Qarabağlar bələdiyyəsi ilə bu ilin may ayında ortaq mədəniyyət festivalı tədbirləri çərçivəsində reallaşdırılacaq “Qarabağda Qarabağ günləri” adlı layihəni M.Selvitopuna təqdim edib və layihə barədə fikir mübadiləsi aparılıb.

Qarabağlar bələdiyyəsinin sədri isə öz növbəsində, Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyinin fəaliyyətini yüksək qiymətləndirib və təşkilatın bununla bağlı gördüyü işlərə dəstək verəcəklərini bildirib.

Belə bir festivalın İzmir şəhərində ilk dəfə təşkil ediləcəyini qeyd edən M.Selvitopu bu tip fəaliyyətlərin mədəniyyətlərarası dialoq baxımından əhəmiyyətli olduğunu deyib.

Sonda Qarabağlar bələdiyyəsinə rəhbərlik etdiyi təşkilatın fəaliyyətinə göstərdiyi diqqətə görə M.Selvitopuna təşəkkürünü bildirən Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyin C.Əhmədova bələdiyyə sədrinə Qarabağ haqqında kitab da hədiyyə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2357745.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR