Mingəçevirdə mənzildə kişi meyiti aşkarlanıb

18:07 27 Yanvar 2015
106 Digər
Ölkə mətbuatı
A- A+

[ 27 Yanvar 2015 18:01 ]


Bakı. Fuad Cəfərov -APA. Mingəçevir şəhərində kişi meyiti tapılıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə,  “112” qaynar telefon xəttinə daxil olmuş məlumatda  Mingəçevir şəhərində, mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qaldığı bildirilib. Dərhal FHN-in  müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilinə giriş qapısını bayır tərəfdən açaraq içəri daxil olublar. Yanğınsöndürən-xilasedicilər mənzilə baxış keçirərkən 1950-ci il təvəllüdlü Eldar Məcid oğlu Vəliyevin cəsədini aşkarlayıb və aidiyyəti üzrə təhvil veriblər. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370570

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR