Play Store

İntihar edən məhbusla bağlı RƏSMİ AÇIQLAMA

İntihar edən məhbusla bağlı RƏSMİ AÇIQLAMA
18:12 27 Yanvar 2015
136 Digər
Ölkə mətbuatı
A- A+

İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri bir neçə həbsxanada yoxlanış aparıblar.

Qafqazinfo Ombudsman Aparatına istinadən xəbər verir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına, 17 saylı cəzaçəkmə müəssisəsinə, 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə, habelə Daxili İşlər Nazirliyi Xəzər Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçirib.

Başçəkmələrin məqsədi Ombudsmanın ünvanına daxil olan müraciətlərin, bu müəssisələrdə saxlanılma şəraitinin və rəftarın araşdırılması olub. Başçəkmələrdə MPQ-nin həkim üzvü də iştirak edib.

Müraciətlərlə əlaqədar 3 saylı İstintaq Təcridxanasında fərdi qaydada qəbul edilən şəxslərlə aparılən konfidensial söhbətlər zamanı saxlanılma şəraiti və müəssisədə rəftarla bağlı şikayət daxil olmayıb. Onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub, bir nəfərin şikayəti ilə bağlı aidiyyəti orqana müraciət edilib.

17 saylı cəzaçəkmə müəssisəsində intihar hadisəsinin baş verməsi haqqında məlumatla bağlı MPQ üzvləri tərəfindən yerində araşdırma aparılıb, intihar edən məhkum Ağayev İsrayıl İsmayıl oğlunun məhkum yoldaşları, habelə müəssisə əməkdaşları ilə söhbət aparılıb. Həmin şəxslər İ.Ağayevi özünə qapalı bir məhkum kimi xarakterizə edib, onun zorakılığa və təzyiqə məruz qaldığının şahidi olmadıqlarını bildiriblər. Faktla bağlı hazırda Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/321295.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR